Mac adresi nədir ?

Ethernet, Token Ring, Wi-Fi, Bluetooth, FDDI, SCSI kimi protokollarından istifadə edən hər hansı bir kompüter şəbəkəsində, bir cihazın şəbəkə kartını tanımağa yarayar. MAC sözü Media Access Control sözünün baş hərflərindən yaranıb.

MAC adresləri 48 bitlik şifrələrə yazılır və hər avadanlığın ayrı bir MAC adresi vardır, yəni hazırda istifadə etdiyimiz kompüterin şəbəkə kartında və modemdə özünə xas MAC nömrəsi var. Buna görədə bir şəbəkə kartı digər bir şəbəkə kartına məlumat yollayarkən alıcını digərlərindən ayırmaq üçün MAC adresindən faydalanır. Hər nə qədər birbirinə bərabər olması ehtimalı olan iki avadanlıq olsa da , 48 bit ilə şifrələmə ilə 281474976710656 növ MAC adresi mümkündür və bu qədər dəyər arasından bir biri ilə eyni iki MAC adresinin var olması ehtimalı yox səviyyəsindədir.

MAC adreslərində ilk 3 dəyər paylayıcı məlumatlarını son 5 dəyər isə emal edən şirkəti göstərir. Bu dəyərlərə baxaraq avadanlığın hansı şirkət tərəfindən emal edildiyini tapmaq olar.avadanlığı emal edəm şirkətlər Institue of Electrical and Electronics Engineers-ə müraciət edərək 24 bitlik emal edici kodu alırlar, geriyə qalan 24 bitlik kod ixtiyari olaraq (algorityama görə) ortaya çıxardılır.

MAC adresləri 16 lıq sistemlə yazılır və : və ya - işarəsi ilə ayrılaraq göstərilirlər. 16 lıq sistemdə bir dəyər 10 luq sistemdə 4 dəyərə qarçılıq gəldiyi üçün 48 bitlik bütünlük qorunmuş olur. Misal olaraq 16 lıq sistemdə A hərfi, 10 luq sistemdə 4 xanalı bir dəyərə qarşılıq gəlməkdədir. Bir Mac adresi 01-23-45-67-89-ab olaraq göstərilə bilər.

Bununla yanaşı olaraq bəzi MAC adresləri özəlləşmiş adreslərdir, məsələn ;

    * FF:FF:FF:FF:FF:FF adresi bütün cihazlara yayım üçün istifadə edilir (broadcast).

    * İlk bitləri 01 olan adreslər, Ethernet və FDDI də  multicast üçün istifadə olunur.

    * Lokal olaraq təyin edilmiş MAC adresləri 02 ilə başlayar.